ANA SƏHİFƏ / MARAQLI

Kağızdan akkumulyator düzəldildi - İnsan seliyindən enerji toplayır

3697    |   2017-08-12 22:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər.

Trend-in məlumatına görə, Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir.

Qeyd olunur ki, bakterial batareyaların bu tipləri mikrob yanacaq elementləri əsasında işləyir. Bu elementlər bərpa və oksidləşmə reaksiyalarının həyata keçirilməsi üçün bakteriyalardan istifadə edir. Reaksiyalar nəticəsində elektrik enerjisinin hasili üçün molekullar arasında elektronlar dəyişdirilir.

Alimlər qurğunun yoxlanılması zamanı 1 kvadrat santimetr üzrə bir neçə mikrovatt güc əldə etməyə nail olublar. Bu isə bir ədəd batareyanın köməyi ilə işıq diodunu aktivləşdirməyə imkan verib. Tədqiqatçıların fikrincə, gələcəkdə yeni batareya birdəfəlik diaqnostik qurğuların enerji ilə doldurulmasında istifadə oluna bilər.




İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK