ANA SƏHİFƏ / İDMAN

“Bir oyunla futbolçu seçməzlər” – “Neftçi”nin Mitreskisi

4588    |   2017-08-12 21:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Neftçi”nin və Makedoniya millisinin sabiq futbolçusu İqor Mitreski Rusiyanın "Sovetski sport” qəzetinə müsahibə verib.

Adalet.az müsahibəni ixtisarla təqdim edir.


-Hazırda nə işlə məşğulsunuz?

-Mən Balkan ölkələri üzrə skautam. Demək olar ki, işdən daha çox istirahət edirəm. Zarafatdır. Amma prisipcə burda ölkələr bir-birinə yaxındır. Makedoniya, Albaniya, Xorvatiya, Serbiya... Dostum Marko Trabukkiyə istidadların axtarışında kömək edirəm. Makedoniya millisində qalmaq variantı da var. Ora gənc və yeniyetmələrdən ibarət komandaya futbolçu seçə bilərəm.

-Klublarla əməkdaşlıq edirsiniz?

-Makedoniyada "Vardar”, "Şkendiya” və Almaniyada bir neçə klubla işgüzar münasibətlərim var.

-Nə üçün skaut oldunuz?

- Bakıda dörd il oynadıqdan sonra qərara gəldim ki, karyeramı bitirib istirahət edim. İndi yavaş-yavaş işləməyə başlayıram. Axı mənim üç övladım, həyat yoldaşım var. Özüm isə 20 ilə yaxın xaricdə oynamışam. İndi vaxtımı daha çox ailəmə həsr etmək istəyirəm.

-Skautun işində ən çətin olan nədir?

-Dərhal qərar verməmək. Bəziləri bir oyuna baxan kimi, deyirlər bu yaxşı və ya pis oyunçudur. Belə olmaz. Bir oyunçunu 5-6 dəfə, hətta daha çox izləmək lazımdır.

- Əgər sizə Avropadan müraciət etsəydilər, onlara Rusiyadan hansı futbolçunu təklif edərsiniz?

- İstedadlı oyunçular var. "Spartak”da yaxşı gənclər toplaşıb. Amma birmənalı nəsə deyə bilmərəm. Səmədovun oyunu xoşuma gəlir. Baxmayaraq ki, onun artıq 30 yaşı var.

- Məşqçi olmaq fikriniz var?

- Mənə görə deyil. Özümü bu sahədə görmürəm.

- İyunda belə məlumat yayıldı ki, "Spartak”ın seleksioner-məşqçisi ola bilərsiniz. Doğrudur?

- Belə söhbət var idi, amma alınmadı.




İmza:
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK