adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Avqust 2017 21:17
24219
KRİMİNAL
A- A+

Uşaq Sanatoriyasından oğurluq edən şəxs tutulub

Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş Aleksey Krasnikov tutulub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini A.Krasnikov tutulub.

Aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.