adalet.az header logo
  • Bakı 17°C
12 Avqust 2017 21:12
12774
DÜNYA
A- A+

Çində 700 insan ölümdən xilas edilib

Çinin Xunan əyalətinin Yueyan yaşayış məntəqəsinin 700-dən artıq sakini su bəndinin uçması səbəbindən evakuasiya edilib.

Bu barədə Adalet.az RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, bənd leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində uçub.

Su bəndinin aşağısında yerləşən onlarla ev su altında qalıb. Operativ evakuasiya sayəsində ölən və yaralanan olmayıb.