adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Avqust 2017 21:08
23654
KRİMİNAL
A- A+

Mingəçevirdə əməliyyat: Polis 4 kq-dan artıq narkotik müsadirə edib

Mingəçevir şəhər sakini Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.