adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Avqust 2017 16:15
9058
MƏMLƏKƏT
A- A+

Quba məzarlığı ilə bağlı MÜƏMMA

Son zamanlar Quba məzarlığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Belə ki, məzarlığın torpaqla örtüləcəyini deyənlər var. Bu barədə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman AğayevM odern.az-lasöhbəti zamanı bildirib

Tədqiqatçı söz-söhbətlərin boşuna yaranmadığını düşünür:

"Quba məzarlığının şüşə altına salınması və bu vasitə ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsini mən qaldırmışdım. Bilirsiniz ki, bu məsələ ilə əlaqədar müşavirə keçirildi və komissiya yaradıldı. Lakin mən bir tədqiqatçı kimi komissiyanın tərkibinə daxil edilmədim.

Düşünürəm ki, bunu etməkdə əsas məqsəd məzarlığın torpaqla örtülməsidir. Bu cür fikirlər gəzir və söz-söhbət də elə belə yaranmır. Quba məzarlığı əgər torpağın altına basdırılsa, kompleksin dəyəri itəcək və gördüyümüz işlər heç olub gedəcək. Quba məzarlığı türk və müsəlman aləmində ermənilərin törətdiyi əməllərin canlı sübutudur. Məzarlığın torpaqla basdırılması cinayət olar”.

Maraqlıdır, komissiyanın məzarlıqla bağlı qərarları nələrdir?

Komissiya üzvlərindən olan, AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli açıqlamasında məzarlıqla bağlı görüləcək işlərdən söz açıb:

"Mən də Quba məzarlığı ilə bağlı keçirilən iclasda təmsil olunurdum. Quba rayonunda keçirilən geniş tərkibli yığıncaqda komissiyanın apardığı işlər, gəldiyi nəticələr müzakirə olundu. Bu barədə təkliflər hazırlandı. Komissiyanın üzvləri yekun nəticəni ümumiləşdirib və artıq yuxarı instansiyalara təqdim olunub.

Bunların içərisində Quba məzarlığının yenidən qurulması, onun daha etibarlı şəkildə qorunub saxlanması və beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı tədbirlər var”.