adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Avqust 2017 16:13
8523
MƏMLƏKƏT
A- A+

Dənizdə batan şəxs xilas edildi

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Adalet.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri 1 nəfəri (xarici vətəndaş) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.