ANA SƏHİFƏ / GÜNDƏM

İlham İsmayıl: Lütfü olmayanlar...

4437    |   2017-08-12 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz mütləq nəsə ummalıyıq. Görünür "uman yerdən küsərlər” ifadəsi də elə bizdən başqa heç kimin atalar misalı deyil. Əsil umulası olanlardan isə umduğumuzu dilə gətirmərik, qorxarıq. Məsələn 24 ildi dövlətdən Qarabağı uma bilmirik, heç dilə gətirən də yoxdur. Umduğumuz ziyalılardan hələ bir dəfə haqsızlığa etiraz görmədik, amma üzlərinə də vurmağa cürət etmirik. Ölkədə zəngin, sərvəti milyardları keçənlər çoxdur, amma Qarabağ döyüşçüləri pulsuzluqdan özünü yandıranda, intihar edəndə bu adamlardan xeyirxahlıq addımını ummuruq.

İndi Lütfi Zadə kimi bir alim vətənində dəfn olunmağı arzuladığına görə ikrahdoğurucu etirazlar baş alıb gedir. Hamının umacağı varmış. Niyə indiyədək vətəninin yanında olmayıb? Niyə vətənindən olan gənclərin təhsil haqqını ödəməyib? Vətən niyə öləndə yadına düşüb? Axı onun bizə xeyri nə olub ki? Oğlu özünü bizim millətdən saymır. Hələ biri "başqa millətdən olan alimlər onu cibində gəzdirər” kimi təhqiri də alimə rəva görüb. Bu adamlara desən ki, bir "uçastkovıy” haqsızlığına münasibət bildir, ağızlarına su alarlar.

Lütfi Zadə Amerikadan gəlib bizim yerimizə Qarabağ savaşı aparası deyildi. Gəlsəydi, tələb etsəydi onu vətənindən çıxardar, bir də buralara qoymazdılar, nə dirisini, nə ölüsünü. Adam bəlkə də vətəni üçün nələrsə edə bilmədiyinin peşmanlığını çəkib, ölümqabağı fikirləşib ki, vətəndə dəfn olunsun. Bəs, biz niyə bu qədər acımasızıq? Bu vətəni darmadağın edənlərin necə, qəbirlərinin qazılmasına mane ola bilərsinizmi? Sabah Lütfi Zadənin nəşi Bakı aeroportuna gətiriləndə bəlkə etiraz mitinqi keçirəsiniz. Tələbiniz nə olacaq? Umduğunuzu verməyib...

Düşmənimiz erməniyə bizi yıxıb sürüyəsi bundan artıq hansı təbliğatı vermək istəyirsiniz? Sabah erməni çıxıb desə ki, Lütfi Zadədən Azərbaycan imtina edir, amma biz onu böyük bir alim kimi Ermənistanda (Qarabağda yox) təntənəli dəfn etməyə hazırıq. Boynumuzu hansı yerə soxacağıq onda? Elə, o düşmən erməninin bir yazıçısı vardı - Uilyam Saroyan. Amerikada anadan olmuşdu, Amerikada da öldü. XX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndəsidir. Ermənistanın üzünü də görməmişdi, genosidin təbliğatını da aparmamışdı. Amma 1981-ci ildə öləndə vəsiyyət etmişdi ki, yalnız ürəyinin bir parçasını(!) Ermənistanda dəfn etsinlər. SSRİ dövründə Ermənistan televiziyası 12 saat- təyyarənin gəlişindən tutmuş, Ağrı dağın ətəyində onun bədəninin bir hissəsinin basdırılmasına kimi translyasiya etdi. O Ermənistan üçün heç bir maddi yardım etməmişdi, amma erməni idi və tarixi vətənində ürəyinin bir hissəsinin basdırılmasını istəməsi Ermənistana kifayət edirdi.

Lütfi Zadənin Azərbaycanda dəfn olunmasını istəməsi Azərbaycan üçün böyük hadisədir və bilənlər bunu təbii qarşılayacaq, bilməyənlər isə bilib heyrətlənəcəklər. Bu Azərbaycana bəsdir.O zaman bu gün özünü azərbaycanlı bilməyən oğlu da dərk edəcək ki, o, məhz azərbaycanlıdır.

Allah lütfünüzü əsirgəməsin...




İmza:moderator.az
SON XƏBƏRLƏR
11.10.2017


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Salam həkim. Mən 3 ay bundan əvvəl sizin yanınızda idim. Revmatizm tapdız məndə. Nəmişlikdən uzaq olun dediz.
-Hə. Yadıma gəlir. İndi nədi sizi narahat edən?
-Gəldim soruşam ki, daha dözə bilmirəm qaşınmadan. Olar çimim?




digər lətifələr
ARXİV
FACEBOOK