adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Avqust 2017 13:38
16436
DÜNYA
A- A+

Fransada dəhşətli yanğınlar - 700 nəfər təxliyə edildi

Fransanın Korsika adasında güclü meşə yanğınları səbəbindən 700-ə yaxın adam təxliyə olunub.

Təxliyə olunanların əksəriyyətinin istirahət üçün adaya gəlmələr olduğu bildirilir.

Daha öncə yanğının Yuxarı Korsika Departamentində baş verdiyi və 70-100 hektar ərazini əhatə etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, iyulun ortalarından başlayaraq yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub.