adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Avqust 2017 11:13
21007
MARAQLI
A- A+

Azərbaycanlı müəllim velosipedlə İstanbula getdi - VİDEO

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib.

Səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir.

Abid İsmayılov (səyahətçi): "Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm".

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir.(ARB TV)