ANA SƏHİFƏ / SİYASƏT

Tramp Venesuela prezidentinin telefon zənginə cavab vermədi

4485    |   2017-08-12 11:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi Karakas Nikolas Maduro ilə Donald Tramp arasında telefon bağlantısına dair Vaşinqtona sorğu göndərib, lakin ABŞ prezidenti venesuelalı həmkarının təklifini rədd edib. Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Amerika Birləşmiş Ştatları təqiblər və sıxıntılara məruz qalan Venesuela xalqını dəstəkləyir. Ölkədə demokratiya bərpa olunan kimi, prezident Tramp məmnuniyyətlə Venesuela prezidenti ilə söhbət edəcək”, - məlumatda deyilir.

Ağ Evdən həmçinin bildiriblər ki, ABŞ dəfələrlə Venesuelanı ədalətli seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, insan haqlarına hörmətlə yanaşmağa çağırıb: "Lakin bütün bu çağırışlar cavabsız qalıb, əvəzində prezident Maduro diktatura yolunu seçib”.





İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK