adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Avqust 2017 09:44
12455
DÜNYA
A- A+

İŞİD-in növbəti hədəfi İrandır

İran üçün həmişə terror təhlükəsi var və bu təhlükə davam edəcək. Adalet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Tehran Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Mani Mehrabi bildirib.

"İran inqilabından sonra fərqli terror təhlükəsi var idi. İndi isə daha fərqli terror təhlükəsi mövcuddur. Tehranda həyata keçirilən son terror hücumlarının koordinatlarının Səudiyyə Ərəbistanı tərəfindən terrorçulara təqdim edildiyi bəllidir. Lakin bu kimi terror hücumlarının təkrar edilməsi ehtimalı çox aşağıdır. Yenə də hökumətimiz bu təhlükəni ciddiyə alır və təkrar yaşanmaması üçün lazımi tədbirləri görür”, - Mehrabi bildirib.

Qeyd edək ki, son zamanlar İŞİD terror qruplaşması sosial şəbəkələrdə İranı hədəf göstərən 2 video yaymışdı.