adalet.az header logo
  • Bakı 19°C
11 Avqust 2017 21:06
17991
SİYASƏT
A- A+

ABŞ-ın keçmiş səfiri Trampı tənqid edib

Amerikanın Rusiyadakı keçmiş səfiri Mayk Makfol ABŞ prezidenti Donald Trampı Putinə təşəkkür etdiyinə görə tənqid edib.

Diplomat özünün "Tvitter" səhifəsində Trapmın reaksiyasını tənqidlə qarşılayıb.

"Buyurun, bizim prezidentin ən utancverici, vətənpərvərliklə əlaqəsi olmayan və avam şərhələrindən biri”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə amerikalı diplomatların ölkədən çıxarılmasına görə təşəkkür edib.

"Biz əmək haqqı xərclərini azaltmağa çalışırıq. Buna görə də Putinə ixtisarlar etdiyinə görə təşəkkür edirəm”.