Şimali Koreyaya “Cəhənnəm qəzəbi” yaşadacağam - Tramp
ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı hərbi əməliyyat üçün hazır olduqlarını açıqlayıb.
Tramp bu ultimatumu öz "Twitter" hesabında qeyd edib.
"Əgər Şimali Koreya özünü aparmağı bacarmasa, ABŞ-ın cavab verməyə yetərincə hərbi vasitələri var. Ümidvaram Kim Çen İn doğru qərar verməyi bacarar", - deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, rəsmi Pxenyan çox diqqətli olmalıdır: "Əgər Amerikaya və ya müttəfiqlərimizə qarşı hər hansı bir hücum planı həyata keçirilsə, onlara "cəhənnəm qəzəbi” yaşatmağa söz verdiyimi bir daha xatırladıram".
Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreyanın rəsmi xəbər agentliyi "KCNA” Şimali Koreyanın Sakit Okeanda Amerika Birləşmiş Ştatlarına məxsus Quam adasına hərbi təcavüz planı üzərində işlədiyini açıqlayıb. ABŞ prezidenti Donald Trampın buna cavabı sərt olsa da, dövlət katibi Reks Tillerson ABŞ-ın Şimali Koreya ilə düşman olmadığını, ancaq hücumların qarşısını ala biləcək qüvvəyə sahib olduqlarını bəyan edib.(azvision.az)
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23