adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2017 17:39
5747
İDMAN
A- A+

Neymara yaşıl işıq – bu həftə debüt edə bilər

PSJ-nin yeni transferi Neymar bu həftə Paris klubunda debüt edə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə xəbəri Fransa Futbol Federasiyası yayıb.

Artıq braziliyalı hücumçunun transferi ilə bağlı beynəlxalq sertifikat Fransa Futbol Liqasına təqdim olunub. Bu səbəbdən onun meydana çıxması üçün heç bir problem qalmayıb.

Daha əvvəl isə Fransa mətbuatı Neymarın sənədlərinin gecikdiyini və buna görə də onun ilk turda olduğu kimi növbəti oyunda da iştirak edə bilməyəcəyini yazmışdı.

Qeyd edək ki, PSJ avqustun 13-də "Qenqam”ı qəbul edəcək.