OVQAT YARADAN…

ƏBÜLFƏT MƏDƏTOĞLU
55999 | 2017-08-11 16:20

Özəl yazı

Yazını yazmamışdanöncə, daha doğrusu, bu yazını diqtə etməyə başlamazdan öncə son günlərin stresinibir qədər atmışdım. Ona görə ki, bu gün «Ədalət» adlı ailəmizin mənim üçün doğmaolan, bir az çılğın, bir az qətiyyətli, bir az sərt görünən, amma əslində ipək kimiürəyi olan Gülər qızımın doğum günü idi. Düzdü, xanımların yaşını soruşmurlar vəvurğulamırlar da, amma mən onun yaşını deyəcəm. Mənim hesabıma görə, Gülərin12+3 yaşı var. Yəni bu dünyanın uşaqlıq qoxusunu da, uşaqlıq həyasını da, uşaqlıqdüşüncəsini də hələlik qoruyub saxlayır və onun üstünə də bu dünyanın böyüklər çəkənyükündən xırda-xırda əlavə edir. Ona görə də bəzən Xəzər dənizi kimi coşub sahilisulara qərq edəndə, yəni kirpikləri nəmlənəndə elə bilirəm ki, məktəbdə müəlliminverdiyi qiymətdən ağlayan balaca bir qızcığaz dayanıb qarşımda. Amma kükrəyəndəöz-özümə deyirəm ki, yaxşı ki, əlində dəhrə-balta yoxdu, yoxsa qan su yerinə axardı.

Bütün bunlar həmzarafatdı, həm də gerçək. Çünki bu ovqatı yaradanın özü Allahın yaratdığı, xəlqetdiyi bir bəndə olaraq daha çox Haqqın yanındadı, daha çox Haqqın qoruyucusudu.Ona görə də hamının gözünün içərisinə rahatca baxır, elə mənim də. Elə mən də başqalarınıdeyə bilmərəm, özüm həqiqətən onu bir ata kimi bağrıma basıb təbrik edirəm. Və ürəyimdədə deyirəm ki, «yaxşı ki, beş-altı söz bilirəm, bununla da borcumu yola vermiş oluram!».

Hə, bax, elə bu ovqatlada yazıya başlayıram və Gülərə də söz vermişəm ki, yazı boyu ağlaşma olmayacaq.Axı onun ad günüdü! Və məcburi qaydada sözümü tutub bu gün ad günü olanların hamısınınxoş ovqatına qoşuluram. Və…

Həqiqətən insan özündəovqat yarada bilməyəndə ətraf onun üçün cansıxıcı olur, dözülməz olur. Amma ətrafdasəni anlayan, sənə ovqat yaradan biri qarşınaçıxanda yükün yüngülləşir, içindəki «ah»ı ya dəfn edirsən, ya da efirə ötürürsən.Bununla da günün aurası yavaş-yavaş cilalanır.Bu cilalanan günün rəngləri göz, könül oxşayır. Sən də rəngarəngliyin içərisindəöz rəngini axtarırsan. Amma Sənə nədəndisə qara rəng daha çox yaraşır. Bilmirəm,bu rəngin, yəni qaranın böyük anlam verməsindənmi, böyüklük ifadə etməsindənmi irəligəlir bu, yoxsa Sənin bu rəngə özəl münasibətindən. Amma mən Sənə daha çox yaşılıyaraşdırıram. Çünki yaşıl mənim üçün həyat deməkdir, oyanış, inkişaf, gözəllik,bir sözlə, sevgi, məhəbbət… deməkdir.

Təbii ki, seçim sahibiSənsən. Mənim də borcum Sənin seçdiyin rəngə hörmət etməkdi, sayğı göstərməkdi. Doğrudu, son vaxtlar məni çaşdırmaqüçün tez-tez digər rəngləri də diqqətimə çatdırırsan. Elə bilirəm ki, burda da günahkarözüməm. Axı mən nəyə münasibət bildirsəm, nəyi bəyənsəm, o, bir müddətdən sonrasəndə qıcıq yaradır. Elə bilirsən ki, səninlə məzələnirəm, əylənirəm, Sənə yumşaqdesək, sataşıram. Amma yox! Doğrudan-doğruyaSənin elə bir dünyan var ki, sənə al da yaraşır, şal da. Təki ovqatın yerində olsun…təki bu ovqat çevrəndəkilərə də özəl ovqatlar yaşatsın. Və mən də sənə bir şeirpıçıldayım:


Tanrıdan istədiyim

Dinclikdi ürəyinə!

Bu dinclik sevgiqatsın-

Duzuna, çörəyinə…


Tanrıdan istədiyim

Təbəssümdü gözünə…

Bizim olan dünyanı-

Sən cənnət bil, özünə!


Tanrıdan istədiyim

Xəyalında olandı…

Bu istəklə sən məni-

Yar, başına dolandır!


***

Bəli, çevrəmizdəbaş verənlər təkcə yanımızda yox, elə ömrümüzdə də iz qoyub gedir. Ona görə də bircə anlıq dayanıb ləngiyəndə və yaxud arxayaçevrilib baxanda bəzən heyrət etməli olursan. Bu heyrət də həmin o yanında və ömründəolan izlərədi. Çünki bu qədər izin yanından, ömründən necə gəlib keçdiyindən xəbərtutmaq imkanım olmayıb. İndi də xəbər tutanda buna necə dözdüyünü, bunu necə bütünömrünə, bütün həyatına səpələdiyini anlamaqda çətinlik çəkirsən. Ona görə də həzmedə bilmirsən. Amma nə olur-olsun gerçək elə gerçəkdi. Və bu gerçəyin də şah damarıməhz hər bir fərdin həm ömründə qalan izlərdi, həm də hər bir fərddən dünyada qalanizlər. Məhz bu mənada bir anlıq ləngiyib, ya daelə belə geriyə boylanıb baxanda həmin o izlərin yaratdığı xofun aurası təkcəstimul vermir, həvəsləndirmir. Bununla yanaşı, həm də adamın əlindən, ətəyindənsallaşır. Onu geriyə, özünə tərəf çevirməyə çalışır. Təbii ki, bir insan olaraqhamımız dediyim bu məqamları həyatımızda yaşamışıq və yaşayırıq da. Sadəcə, bizə,şəxsən mənə təsir edən o izləri kimlərinsə pozmaq cəhdi, görməmək, görəndə də gülüş,qarğış ünvanına çevirməsidi. Bu adamlar anlamırlar ki, onların ironiyası, onlarınrişxəndi, sabun köpüyüdü. Ömrü də bir an!

Zənnimcə, şərhə,izaha ehtiyac yoxdu. Təbii ki, söhbət ömürdən gedirsə, o, yalnız doğum, ölüm məsafəsindəkiillərdən ibarət deyil. İstəyir 30 olsun,istəyir 60, istəyir 100! Söhbət yaşanan və yaşadılan, eləcə də yaşatdıran anlardangedir. Bu anlar bəzən illərə bərabər olur. Böyük yazıçı, dünya şöhrətli qələm adamı Çingiz Aytmatovuntəbirincə desək, əsrə bərabər gün! Deməli, bax, əsrə bərabər anlar yaşamağın özüartıq həmin o dediyim illəri insan üçün, onu yaşayan üçün sevinclə naxışlayır vəinsan da həmin o naxışlarla ümidlənir…

Düşünürəm ki, mənimdə həyatımda yaşanan sevincləri bir sapayığsaq, bir təsbehə çevirsək, onu ələ götürmək o qədər asan olar ki! Və heç kimdə bu təsbehlə zikr etmək fikrinə düşməz. Çünki daşlar kifayət qədər az olacaq.Lakin bu təsbehi elə göz muncuğu, tutiyə kimi də qoruyub saxlayıram mən. Axı o sevincinsəbəbkarı, ünvanı, onu bağışlayanı Sənsən! Mən də sənə baxıb, səni düşünüb sənlianları ürəyimdən keçirib o sevinci yaşadıram, onu tər saxlayıram və deyirəm ki:


Sevgim,

sevincim

həyatda

hamıdanöndəki-

Birincim!

Havam,

ürəyim,

yeganəgərəyim,

köməyim-

birincim!

Duyğum,

hissim,

gözyaşım,

gülüşüm,

varım,

yarım,

varlığım!

Allahdansonra

təkinandığım!

Səncanımsan,

qanımsan-

inamımsan,

imanımsan!

Arzumsan,

xəyalımsan,

gerçəyimsən,

göyçəyimsən!

Vəbir də

bağıra-bağıra

deyim,

bitsinşeirim:

əlacımsan,

qənimimsən,

çoxşükür ki

sənmənimsən!

mənbu qədər səmimiyəm

sənsədeyirsən

səninkiyəm!..

***

İstənilənanda zaman öz diqtəsini edir. Onu ram etmək, ona təzyiq göstərmək küləklə vuruşmaqkimi bir şeydi. Yəqin ki, həmin o məşhur qəhrəmanın adını bilirsiniz. Bilməyənlərdə bilənlərdən inşallah soruşub öyrənərlər. Mən sadəcə bu fikri ona görə vurğulayıramki, hər anın hökmü var deyənlər yanılmayıblar. Elə anın hökmü də bizləri bir aurada,bir məcrada saxlamağa çalışır, bizi özünə kökləyir, özünü isə bizə. Və biz də hardasabir yanlışlıqla, bir büdrəməylə qarşılaşanda çox laqeyd bir şəkildə zamanı günahlandırırıq.Hətta bəzən deyirik ki, «zəmanəniz dağılsın!»

Ammabilmirik ki, bu nə qarğışdı, nə də alqış. Yəni bizim əslində guya qarğadığımız,qarğış etdiyimiz zəmanə gözlə görünən, əllə toxunulan, yeriyən, yüyürən, yıxılannə əşya deyil, nə də canlı. Əgər belə olsaydı, bəlkə də qarğışımız müstəcəb olardı.Biz isə bir boşluğa, lap elə hava axınına, saata, (burda konkret nə divardan asdığımız,nə də qolumuza bağladığımız cihazdan söhbət getmir – Ə.M) qarğış edirik, yəni söhbətsaat sözünün arxasında dayanan vaxtdan, zamandan gedir. Deməli, bu da onu göstərirki, bizim «zəmanən dağılsın» deyə etdiyimiz qarğış əslində həmin o vaxtadı, o saatadı.Vaxtın da, saatın da qarğış qəbul etdiyini, bundan darmadağın olduğunu və yaxudda qəhr olacağını düşünmək, ağlın ucundan keçirmək özü-özlüyündə gülüncdü. Mənəelə gəlir ki, heç kəs bu gülünclüyü boynuna götürməz. Həm də gülünc olanın kiminsəişinə yarıdığını da düşünmək lazım deyil. Sadəcə, yaxşı şeyləri, yaxşı məqamları,yaxşı anları düşünmək, onları ürəyinə yaxın buraxmaq, ürəyinin bir küncündə yerləşdirməkgərəkdi ki, qarşına da həmin işığa yalnız yaxşılar çıxsın. Və bu yerdə mən mütləqvurğulamaq istəyirəm və rəhmətlik Alı Mustafayevin təbirincə kökləndiyim havanınüstündə pıçıldayıram misraları:


Sənigörməyəndə səbrim daralır

Sənigörəndə də havalanıram…

Sənigörməyəndə ömrüm qaralır-

Mənsəni özümə hava sanıram!..


İşıqsan,atəşsən, bir az da mehsən

İşıqda,atəşdə, mehdə yanıram…

Danüzü ruhumu oxşayan şehsən-

Sənəİlahi tək mən inanıram!..


Sevincsən,kədərsən, vüsalsan, qəmsən

Yağışsan,dolusan, boransan, qarsan…

Səndə mənim kimi kirpiyi nəmsən-

Şükürki, tək mənə həyatsan, yarsan!


Dünyamvarlığında, sənsə dünyada

Pərvanədoğuldun sevginə sənin!

Birfikri salıram mən hər gün yada-

Ürəyimtapıbdı səndə Vətənin!


***

Bütünbu yazının ovqatı elə ilk cümləmdə vurğuladığım kimi, Gülər xanımın doğum günüyləbağlıdı. Düşünürəm ki, artıq söylədiklərimi bilgisayarın yaddaşına köçürən Gülər xanım bu yazıdakı xoş ovqatın nəqarətiolan şeirləri özünə hədiyyə sayacaq. Çünki mən şeirləri ona iki dəfə oxutdurdum.Oxunuşdan, şeirə olan münasibətindən hiss etdim ki, pis alınmayıb. Deməli, pis alınmayıbsahədiyyə də vermək olar. O ki qaldı ürəyimdəki Sənə?!

Gəlbelə danışaq. Deməli belə. Özün də bilirsən ki, rəhmətlik böyük Səməd Vurğun demişkən,şeirlərimin baş qəhrəmanı da, mübtədası da, xəbəri də Sənsən! Ona görə də bu yazıdakı duyğuları sən dəbölüşə bilərsən və üstəlik, mənə Gülərin ad günündən başlayan ovqatın əhvalını davamlışəkildə yaşamağa Sən də imkan verdin, yardımçı oldun. Mən də o yaşadığım anlara uyğun olaraq Sənə dəbir şeir göndərirəm. Düzdü, bu şeiri öncə Gülər oxuyacaq. Ancaq incimə, axı onunad günüdü. Elə Sən də bu şeirlə onu təbrik etmiş olarsan. Razısan, diqtə edim:


Mən danışım, sənmürgülə

Qollarımın üstü yerin…

Ürəyim kövrək sevginə-

Kaş olsun ən istiyerin!


Bil, məndəki birumuddu

Gözlərim dolu buluddu…

Gözün gözümü unutdu-

Öz-özündən küsdüyerin…


Xəyal qurdum – baxamsəndən

Şimşək kimi çaxamsəndə…

Ürəyim, həm yaxamsəndə-

Deməli, ən pisdiyerin!


Bütün bu yazıya,bütün bu duyğulara görə, öncə Allahıma, sonra da ovqat yaradan Gülər xanımla Sənə minnətdaram! Oxuyanlar üçün isə özəl təşəkkürümvar.


TƏQVİM / ARXİV