adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Avqust 2017 14:06
15237
DÜNYA
A- A+

«PENTAQON DİPLOMATİYAYA ÜSTÜNLÜK VERİR»

ABŞ Şimali Koreyaya qarşı hərbi güc tətbiq etməyə hazırdı. Lakin biz regionda yaranan gərginliyin diplomatik yolla həll olunmasına çalışırıq- deyə «The Washington Times»ə bildirən Pentaqonun rəhbəri Ceyms Mettis daha sonra qeyd edib ki, «hərbi variant da mümkündü və mənim vəzifəm onu hazırlamaqdı. Amma Koreya yarımadasındakı gərginliyin diplomatik yolla nizama salınması Ağ Ev üçün əsas amildir».

Pxenyanın nüvə proqramını qətiyyətlə davam etdirməsi Uzaq Şərqdə yaratdığı gərginlik təkcə ABŞ-ı deyil, həmçinin Yaponiya və Cənubi Koreyanı da müvafiq tədbirlər görmək məcburiyyətində qoyub.