adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Avqust 2017 14:04
13789
DÜNYA
A- A+

PARİTET DAVAM EDİR

Manilada keçirilən Rusiya və ABŞ diplomatik nümayəndələrinin görüşündən sonra dövlət katibi Reks Killerson jurnalistlərə bildirib ki, Vaşinqton Moskvanın ABŞ diplomatlarının sayının azaldılması qərarına 1 sentyabr tarixinədək cavab verəcək.

Ekspertlər güman edir ki, ABŞ hökuməti hazırda fəaliyyət göstərən Rusiyanın baş konsulluqlarından birinin bağlanmasını tələb edə bilər. Belə ki, ABŞ-ın Rusiyada 3 konsulluğu var, Rusiyanın isə ABŞ-da 4 konsulluğu var. Ona görə də Rusiyanın paritet yaratmaq təşəbbüsünə Ağ Ev adekvat cavab vermək istəyir.