AY İŞIĞI

FAİQ QİSMƏTOĞLU
70451 | 2017-08-11 13:22

… İnsanları həyataqovuşduran və onları istədiyi məkana yetirən işıqdı. İşıq olmasa, dünyamız bir dəqiqə,bir saat, bir gün yaşaya bilməz. İşığın dünyanı özünə bələməsinə heç kimin sözü ola bilməz. Əgərdünya həmişə qaranlığa qərq olsa, həmişə dünya zülmətin içində qalsa və biz də buzülmətin içində yaşasaq adamın ürəyi partlayar…

Və nə yaxşı ki, budünya var, onun işığı var. İşıq deyəndə biz ən çox günəşi nəzərdə tuturuq. Əlbəttə,günəş olmasa nəinki dünyamız qaranlığa çevrilər, hətta soyuqdan, şaxtadan həyaidonar. Və həyat donan zaman bütün canlı aləm məhv olar…

Sözümüz heç də günişığından danışmaq deyil. Amma gün işığına da qurban olaq, onun nuruna da! Bir neçə gün bundan əvvəlastroloqlar dedilər ki, Ay yerə yaxınlaşacaq və günəşin qarşısını kəsəcək. Mən buanları, bu dəqiqələri öz gözümlə gördüm. Belə ki, avqustun 8-də səhər saat 4:15dəqiqədə həmişə olduğu kimi, yuxudan qalxıb yaxınlıqdakı stadionda idman etməyəgedirdim. Və bu vaxt gözlərimə inanmadım. Elə bildim göy üzündəki Ay deyil, Günəşdi.Yəni səhər açılmamışdı və dan yeri də hələ sökülməmişdi. Göy üzünə baxdım və göyüzündə Günəşi görmədim. Vəgöy üzündə Günəşə oxşar Ayı gördüm. İnanın, bu Ay göstərdiyim anlarda və dəqiqələrdəGünəş kimi Yer üzünə işıq saçırdı…

… Əlimi gözümün üstünəqoyub yenidən hər tərəfi işığa qərq edən Aya baxdım. Və hiss elədim ki, bu adi Aydeyil, qeyri-adi möcüzədi. Və bu möcüzə düz mənim içimdəydi. Elə bilirdim kimsəməni Aya aparır və orda gəzdirir. Düşündüm ki, bəlkə yuxu görürəm. Bir balaca özümüələ alıb sakitləşdim. Və ətrafımda da heç kəs yox idi. Çünki bu vaxtlar stadionaidmana gələn yeganə mən idim. Düzdür, məndən savayı bir xanım da gəlir. Amma o,saat 5-ə 10 dəqiqə qalmış stadiona daxil olur…

…Yenə göy üzünə baxdımvə başımın üstündə hər tərəfə işıq saçan o möhtəşəm Ayı gördüm. O Ay ki, işığıylaqəlbimdən, ürəyimdən, içimdən keçirdi… O Ay ki, məni götürüb aparmışdı öz yanına…O Ay ki, ömrüm boyu onu bu qədər işıqlı, nurlu görməmişdim… O Ay ki, öz nurunu,işığını bizə paylayırdı və Günəşlə sanki yarışa girmişdi…

Mobil telefonumuçıxarıb həmin anları video görüntüyə yazmaq istədim. Amma nə illah elədimsə, heçbirində alınmadı! Çox çətinliklə onun fotosunu çəkdim və həmin şəkildə də Ay çoxmöhtəşəm görünürdü. Həmin görüntünü kimə göstərirdim məəttəl qalırdı və inanmırdıki, bu Ay işığıdı. Allahın möcüzəsinə və böyüklüyünə heç kəs şübhə eləyə bilməz! Və mən də həmişə Allahıma inanmışam və onun möcüzəsinəbel bağlamışam. Və bu inam və möcüzə həmişə məni ən çətin anlardan, sıxıntılı məqamlardanxilas eləyib…

… 61 yaşım var. Vəbu 61 yaşa qədər Allahın göstərdiyi möcüzə nəticəsində 15 dəfə ölümdən xilas olmuşam.Dənizə getmişəm. Çiməndə batmaq üzrə olmuşam. Amma bir anlıq qeyri-adi bir qüvvə məni xilas edib. Çaydaçiməndə boğulmuşam və son nəfəsimdə məni qonşum İbrahim xilas eləyib… 2-3 dəfə avtomobil qəzasına düşmüşəm, ondada ölümün pəncəsindən qurtulmuşam. 2-3 dəfə də «tok» məni vurmamış ölümdən xilas olmuşam… Mən bunların hamısınıAllahın möcüzəsi sayıram. Və Allahın möcüzəsinə inanmayanlar çox nadan və cahildilər…

… Ayın 8-də də gördüyümAy Allahın möcüzəsi idi. Və o möcüzəni mən ömrüm boyu yadımdan çıxarmayacam. O möcüzəni bir gözəl an, bir gözəl məqam kimiAllah-Təala mənim ömrümə, yaddaşıma yazıb… O möcüzəni görmək və o işığın, nuruniçində olmaq bəlkə də mənim kimi tək-tük insana qismət olub…O möcüzəli Ay işığındannur almaq, işıq almaq mənim taleyimə yazılıbmış… Çünki o günü mən başdan-ayağa işığa,nura bələnmişdim. Və o günü mən özümü elə o işığın, nurun, Ayın içində hiss eləyirdim…

… Ay işığına baxa-baxayadıma istedadlı şair Ramiz Rövşənin «Ay işığı» şeiri düşdü.

Ay işığı düşdü göydən,

canımdan-qanımdankeçdi.

Gözümün içindən keçdi,

Özümün içindən keçdi,

keçdi, dabanımdankeçdi,

Az qaldı ki,

İki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdan yerə məni,

ha istədim,

addım ata bilmədim…

…Bax, mənim də Ayişığı belə öz ağuşuna, öz hərarətinə alıb aparmışdı öz yanına. Və düşünürdüm ki,bu Ay mənim üçün çox doğmadır. Və bu Ayı bir zamanlar mən elə bu şəkildə, bu formadayuxumda görmüşdüm. İndi yuxumda gördüyüm o işıqlı, o nurlu Ayı həyatda görürəm.

Bu, Ay işığındançox bir Allah sevgisiydi. Çünki Allah sevdiyi bəndələrini həmişə möcüzələriylə təəccübləndirirvə sevindirir! Və mən də Ulu Yaradanın Ay işığında onun nuruna bələndim, təəccübləndim,sevindim. Və sevindim ki, İlahi, bu açılan səhəri, bu nurlu Ay işığını görməyiməşükürlər olsun! Şükürlər olsun ki, Ay işığının nuruna bələndim, sənə bir addım dayaxınlaşdım… Axı, insan Allaha yaxınlaşanda içindəki şeytan, qara qüvvələr ondanuzaq olur. İnsan Allaha bir köynək də yaxınolanda qəlbi, ürəyi bax belə işıqla, nurla dolur…


TƏQVİM / ARXİV