adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Avqust 2017 12:47
3968
GÜNDƏM
A- A+

8 ağaca görə 2450 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi növbəti reyd keçirib.

Adalet.az-ın məlumatına görə, keçirilən reyd zamanıLənkəranrayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.