adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Avqust 2017 12:17
3260
HADİSƏ
A- A+

Bakıda ağır qəza olub – 1 ölü, 3 yaralı

Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi "Mercedes” və Orxan Məmmədovun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.