adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2017 11:40
14333
DÜNYA
A- A+

Yıldırım da dünya çempionu Ramil Quliyevi təbrik edib

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib.

Adalet.az bu barədə Türkiyə Baş nazirinin administrasiyasına istinadən məlumat verib.

R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.