adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Avqust 2017 10:09
2860
HADİSƏ
A- A+

Rusiyada neft quyusunda yanğın oldu - 8 nəfər xəsarət alıb

Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinin Nijnevartovski rayonunda neft quyusunda yanğın baş verib. Yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Yanğının baş vermə səbəbləri məlum deyil. Məlumata görə, yanğın gecə saatlarında iş prosesi vaxtı baş verib.

İnsidentlə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.