adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Avqust 2017 10:07
6729
İDMAN
A- A+

“Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu etdim” – Ramil Quliyev

Türkiyəni təmsil edənhəmyerlimiz Ramil Quliyev yüngül atletika yarışında 200 metr məsafəyə qaçışda dünya çempionu adını qazanmasını şərh edib.

Qol.az-ın xəbərinə görə, "TRT Spor”a müsahibəsində o bildirib ki, bu, onun üçün unudulmaz yarış olacaq: "Bir il idi ki bu yarışa hazırlaşırdım və uğur qazanacağıma inanırdım. Çalışacağam ki, Tokio Olimpiya Oyunlarında da qızıl qazanım”.

O, Üseyn Boltu da rəqibləri sırasında görmək istəyini bildirib: "Amma olmadı".

Qeyd edək ki, Ramil Quliyev qələbəsini Türkiyə və Azərbaycan bayraqları ilə qeyd edib. Bu məsələyə də münasibət bildirən idmançımız deyib: "Azərbaycanın bayrağını qaldırmaq mənim arzum idi və mən bunu etdim”.

Ramilin müqavilə ilə məxsus olduğu "Fənərbaxça” klubu da onun qələbəsinə münasibət bildirib. Klubun prezidenti Əziz Yıldırım deyib ki, bu qələbədən qürur hissi keçirirlər: "Ramil bu gün bir millət,iki dövlətin idmançısı olaraq bu qələbəni qazandı”.