ANA SƏHİFƏ / Layihə

Laçınım... Laçınım mənim

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

1919    |   2017-08-11 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)

Ancaq bu hadisələrin yaranma səbəblərini özləri bilərəkdən həyata keçirmişdilər. Andronik özü bilirdi ki, Sultan bəy ondan qat-qat qüvvəli, cəsur sərkərdədi, onun arxasında qeyrətli, namuslu eli-obası durmuşdu, çünki o adamlarına inanırdı.
Artıq bolşeviklərin Qızıl Ordusu Azərbaycanı sovetləşdirməyə gəlmişdi, Sultan bəyin Hacışamlı kəndində olan çay mülkünə nəzarət edirdi. Sultan bəy isə başının dəstəsi ilə üzbəüzdəki meşədə, Şəlvə çayının sol yamacında qərar tutmuş, Kər-kordan meşəsinə sığınıb, tərk etməyə məcbur olduğu evini, illər boyu əkib becərdikləri, min bir qayğısını çəkdiyi bağı uzaqdan müşahidə edirdi. Bir o qədər göstərdiyi qəhrəmanlıq şücaətinə görə heyfsilənmədi. Ancaq axırdan-axıra bərk kövrəlmişdi, bilirdi ki, Qızıl Orduya gücü çatmaz. Odur ki, Sultan bəyin ürəyi dolmuşdu, dərindən nəfəs alıb bir bayatı çağırdı:
Əzizinəm, yar qana,
Yar dərdini yar qana,
Aləmə sığmayan canım,
Sığınıbdı yarğana.

Çar Rusiyası iflasa uğradıqdan sonra bolşeviklər hakimiyyətə gəlməli idilər. Onlardan miras qalmış bəzi adət-ənənələri, qanunları, idarəetmə işlərini davam etdirməyə məcbur oldular. Çünki fəaliyyət göstərmək iqtidarında deyildilər, savadlı kadrlara böyük ehtiyac vardı, əsas strateji məramnamə yoxdur, yenisini işləyib hazırlamaq lazım idi.
Qafqazda xeyli tayfalar, millətlər yaşayırdı, onların arasında Azərbaycanlılar çoxluq təşkil edir, ipə-sapa yatmırdılar, bəzən qanunlara tabe olmaqdan boyun qaçırırdılar. XI Qızıl Ordunun gücündən istifadə edərək adamları, dinc sakinləri öldürərək Bakını işğal etdilər. Ordunun tərkibində erməni millətindən olan əsgərlərin, zabitlərin sayı çox idi.
Zaqafqaziya Bolşeviklər Partiyasının xətti ilə Xəzər dənizi sahili boyunca muxtariyyət təşkil olunmasının qarşısının alınması üçün Nəriman Nərimanov əsl təəssübkeşlik və vətənpərvərlik göstərərək V.İ.Leninlə dialoqa girdi və buna da nail oldu. Gürcüstan, Azərbaycan və xeyli sonralar axırda Ermənistan Respublikasının yaranması, təşkili üçün əzəli azərbaycanlıların yaşadıqları dədə-baba torpaqlarının üzərində bərqərar olmağa başladı. Bu torpaqların üzərində yaradılan Ermənistan SSR-nin mütləq şəkildə yaradılması onlar üçün vacib idi. İngilisləri, türkləri sığışdırıb sərhəddən yola saldılar.
Bir yandan da keçmiş SSRİ-nin "Xalqlar dostluğu" şüarı başımızın üstündə dalğalanaraq başımızın altına yumşaq yastıq qoydu. Laçın rayonu günü-gündən inkişaf etməyə başladı. Adamların firavan yaşaması üçün başları işə, əməyə qarışdı. Qorxusuz, heç nədən çəkinmədən yaşamağa davam elədilər. Bir şəhər, bir "Qayğı" qəsəbəsi, 125 kənd, 48 sənaye, 63 kənd təsərrüfatı ilə məşğul olan kolxoz və sovxozlar, 217 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə şöbəsi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisələri fəaliyyət göstərirdi. Laçın rayonunda (Laçın şəhərində 15 minə yaxın) ümumiyyətlə 60 minə yaxın əhali "başını aşağı salıb" öz işləri ilə məşğul olurdular.
Fevral ayının 23-ü, SSRİ Silahlı Qüvvələrinin yaranması günü kimi bayram edərdik. Bu bayrama bəzən kişilərin bayramı da deyərdik və bir-birimizi təbrik edərdik. Belə bir xəbər ildırım sürəti ilə hər tərəfə yayıldı. Bəs, Xankəndində 1988-ci ilin 23 fevral günündə SSRİ Silahlı Qüvvələrinin yaranması günü nümayişində, ermənilər "Böyük Ermənistan" yaratmaq xülyası ilə "arzularını" bildirdilər. "Qarabağ bizimdir" şüarları səsləndirməyə başladılar. Bir neçə gün çəkən bu nümayişə Moskvanın münasibəti belə oldu: "Vremya" proqramı guya xalqların oyanması, demokratiya, müstəqil özünü idarə etmək kimi don geyindirdi. Kərgicahan kəndi inkişaf edib böyümüşdü. Burada yaşayan azərbaycanlıların çox hissəsi Xankəndində fəaliyyət göstərən idarə, müəssisələrdə, zavodda və fabriklərdə işləyirdilər. Xankəndi şəhərdaxili avtobus marşrutu kəndə qədər gedib-gəlirdi. Bu işlərdən xəbəri olmayanlar təzyiqlərə məruz qalmağa başladılar. Xəsarət alanlar da oldu. Kərgicahana gedib-gələn avtobus marşrutu kəsildi. Adamlar kəsə yollarla Şuşaya üz tutdular. Fövqəladə vəziyyət elan olundu. Arkadi Volsk hakimiyyəti bərqərar olmağa başladı. SSRİ Ali Sovetinə deputat seçilmək üçün Şuşalı seçicilərin görüşünə gəldi. Xalqların, millətlərin dostluğu haqqında möizə oxudu. Sonra isə tribunada danışarkən sözü ağzında qaldı, yarımçıq tribunadan salındı, Şuşadan qovuldu. Bu hadisəyə görə Şuşada yaşayan xeyli sakinlər incidildi, ora-bura çağrılmalı oldular.
Laçında isə yaşayan erməni ailələri Qurqen Engels adına kolxozunda sədr vəzifəsinə irəli çəkildi. Sonra isə Mərkəzi rayon xəstəxanasında, təcili yardım stansiyasında müalicə-feldşeri sahəsində, onun həyat yoldaşı Anna isə xəstəxananın doğum şöbəsində mamaça-tibb bacısı işlədilər. Qurqen və onun arvadı Anna sonralar öyündülər ki, biz öz vəzifə borcumuzu "yerinə yetirdik". Azərbaycanlılardan o ki, var qisasımızı çıxmışıq. Oğlu Seryoja isə Laçın rayonunun inzibati ərazisinin meşələrində ağacların başına ağ parça bağlamaqla hava ilə Xankəndinə uçan vertolyotlara istiqamətlər verirmiş. Kinkor usta, arvadı Verenka yol idarəsində partkom işləyirdi. Arfeniya 1 nömrəli Laçın şəhər orta məktəbində müəllimə, Tamara isə mağazada satıcı vəzifəsində xidməti vəzifələri yerinə yetirirmişlər. Onlara "gözün üstə qaşın var" deyən olmadı. Çünki, biz azərbaycanlılar SSRİ-nin Xalqlar dostluğu ideyası, tərbiyəsi ilə böyüyüb yaşayırdıq. Erməni ailələrindən bir nəfərin də "burnu qanamadı". Özləri yəqin ki, işlərini bizdən qabaq bilirmişlər, odur ki, sakitcə köçüb aradan çıxdılar.
Hər gün səhər tezdən yuxudan qalxanda yeni bir xəbər eşidirdik. Azərbaycanlılara və onun yaşadıqları kəndlərə təzyiqlər, basqınlar təşkil olunurdu. Bunları xüsusi təlim keçmiş üzdən iraq, vəhşiləşmiş, qəddar saqqallı ermənilər təşkil edirdi.
Laçın şəhərində "Köhnə poçt" adlanan məhəllədən dörd yol ayrılırdı. Şuşaya, Qubadlıya, Kəlbəcərə və Ermənistanın Gorus rayonuna buradan gedib gəlmək olardı. İlk gündən qonşular dayaq məntəqəsi kimi burada növbə çəkdilər.


(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Qarabağ müharibəsinin veteranı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK