adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Avqust 2017 22:44
15143
MARAQLI
A- A+

Rusiya qırıcılarını yağ və qəhvəyə dəyişir

Rusiyanın 11 çoxməqsədli qırıcı təyyarəsi "Су-35” ilk dəfə İndoneziyaya göndəriləcək. Çox güman ki, onların ödənişi palma yağı və qəhvə ilə barter vasitəsilə həyata keçiriləcək.

"Life.ru" xəbər verir ki, İndoneziya və Rusiya arasında "Су-35” qırıcı təyyarələrin satışı barədə bağlanan memorandumu müzakirə edir. Memoranduma əsasən, Rusiyanın 4 ++ nəsilindən olan çoxməqsədli yüksəkmanevrli qırıcıları mübadilə ilə göndəriləcək.

Avqustun əvvəlində "Ростех" və "PT Perusahaan Perdagangan Indonesia" dövlət şirkəti niyyət memorandumu imzalayıblar. Barter 11 "Су-35" təyyarəsini qəhvə, çay, palma yağı, eləcə də İndoneziya sənayenin perspektivli məhsul mübadiləsini nəzərdə tutur. Rusiyaya göndəriləcək İndoneziya mallarının sayı və sövdələşmənin məbləği barədə məlumat verilməyib.