adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2017 22:33
6677
SİYASƏT
A- A+

Türkiyənin açıqlaması Rusiyanı narahat etdi

Türkiyəli həmkarlarımız radikal addımlar atmaq əvəzinə problemləri masada həll etməlidirlər.

Bu sözləri Rusiya Dövlət Dumasının Kənd Təsərrüfatı üzrə Komitəsinin sədri Vladimir Kaşin pomidor ixracı ilə bağlı yaranan problem barədə danışarkən deyib.

"Qarşılıqlı həll yolu tapmaq üçün bütün imkanlarımız var. Rusiya tarlalarında yetişən buğda, qarğıdalı kimi növləri Türkiyədən idxal edirik. Problemi qabartmaq yox, həll etmək lazımdır. Bütün detallar diqqətlə incələnməlidir”, - deyə Kaşin bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiyaya pomidor ixracı ilə bağlı tərəflər arasında hələ də razılıq əldə edilməyib.(axar.az)