Müəllimlərin işə qəbulunda yenilik
Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
Təhsil Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.
Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Avqustun 11-dən etibarən fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Digər Xəbərlər
19 Aprel 2024 12:55
DİM sədrindən gənclərə çağırış: Özünüzü aldatmayın!
18 Aprel 2024 16:03"Məktəb psixoloqlarından yanlış gözləntilər var" - Nazir
18 Aprel 2024 12:571-ci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlandı
17 Aprel 2024 18:01Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək
17 Aprel 2024 16:59