adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2017 21:46
7489
MƏMLƏKƏT
A- A+

Məktəbli formaları bahalaşıb?

Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb.

Adalet.az-ın məlumatına görə,bunu Teleqraf.com-a Bakı Tikiş Evi ASC-nin satış satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: "Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötən ilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.

Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.

O, qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: "Yeni tədris ilinin başlanmasına yaxın müraciətlərin sayı aratcaq. Hələlik valideyn və uşaqlar istirahətdədir. Müştərilərimiz azdır.

Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər”.