adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Avqust 2017 15:04
4965
MƏMLƏKƏT
A- A+

Təhsil Nazirliyi SUSMA DANIŞ...

Macarıstan hökumətinin azərbaycanlı tələbələri aldatması ilə bağlı məlumat yayılıb. Jurnalist Azər Sarıoğlunun yaydığı məlumata görə, iki ölkə arasında əldə olunan razılaşmaya görə, "Tempus” Fondu  ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməlidir. Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 tələbədən 40 nəfərinin təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.

Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.  Qeyd olunub ki,  bu il təqaüd proqramına müraciət edən namizədlərin sayı 1000 nəfərdən artıq olub. Təhsil Nazirliyi Macarıstanın müəyyən etdiyi təqaüd proqramına uyğun gələn 243 nəfər namizədin adını Macarıstan səfirliyinə göndərib. Macarıstan tərəfi kvota üzrə nəzərdə tutulan  200 nəfərdən 164 nəfər tələbəyə təqaüd ayrılması ilə bağlı qərar qəbul edib.

Vallah Təhsil Nazirliyinin yaydığı məlumatdan isə heç nə aydın olmur. Təhsil Nazirliyi! Deyirsiniz ki, 243 namizədin adı səfirliyə göndərilib. Bunlardan 164 nəfərinə tədaüd ayrılıb. Bura qədər hər şey əladır. Qardaş bəs yerdə qalan tələbələrin hansı nüanslara görə bu müsabiqədən kənar qaldığını açıqlamırsınız? Və ya bu təqaüddən yararlanan 164 tələbə kimdir? 

P.S  Son günlər havalar yaman isti keçir. Güman ki, kondisionerli otaqlarda əyləşən hörmətli nazirlik əməkdaşları saytımızda onlara ünvanlanan bu suala aydınlıq gətirər.