ANA SƏHİFƏ / MƏMLƏKƏT

DƏHŞƏTLİ FACİƏNİN BİR UCUNU HEYDƏROVA YÖNLƏNDİRƏNLƏR KİMLƏRDİ?

7745    |   2017-08-10 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xüsusi qruplar var həm saytlarda, həm də sosial şəbəkələrdə çox fəaldırlar. Bu qruplar da kimlər tərəfindənsə həm maliyyələşir, həm də idarə olunur. Kimlər deyəndə təbii ki, mən, sən yox, əlində maliyyəsi və iqtidarı olanlar tərəfindən.

Məlum dəhşətli avtomobil qəzası. Hələ nəyin nə olduğu, kimin kim olduğu bilinmir. Saytlar və sosial şəbəkələr dağılır. Dərhal qəzanın bir ucu fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfə yönləndirilir. Guya «Mazda»nın sürücüsü nazirin qardaşı Səməd Heydərov olub. Böyük-böyük qruplar qılıncını çəkib K.Heydərovun üzərinə. Nələr-nələr yazırlar.

Hüquq-mühafizə orqanları qısa bir zamanda «Mazda»nın sürücüsünün kim olduğunu aydınlaşdırır. «Maqa» ləqəbli bir uşaq.

Dayanmaq yox, yola davam. İkinci bir taktika işə düşür. Həmin «Maqa» Fövqəladə Hallar Akademiyasını bitirib və Fövqəladə Hallar Nazirliyində çalışır. Filmdə deyildiyi kimi, yenə həmin dalğa, həmin koordinat, yenə həmin hücumlar.

Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayır ki, həmin şəxs Akademiyaya müsahibədən keçməyib və Akademiyaya qəbul olunmayıb və heç vaxt FHN-in heç bir qurumlarında işləməyib. Xeyri yoxdu, nə DİN-in açıqlamasının, nə də FHN-nin açıqlamasının. Nəsə indi başqa bir şey atacaqlar ortaya.

Belə yalan şayiələri yayan ilk xəbər saytını və həmin saytla eyni dairədən olan saytları, eləcə də bunu ilk dəfə sosial şəbəkələrdə paylayanı və paylaşanları və o şərhləri yazan qrupları tapmaq elə də çətin deyil. Bunları tapandan sonra yönləndirənləri də tapmaq iki vur iki.




İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK