adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Avqust 2017 15:08
6823
GÜNDƏM
A- A+

GÜNDƏM LÜTFİ ZADƏDİ

Saytlar və sosial şəbəkə kef edir. Məsələ nədi? Dünyaca ülnlü alim Lütfi Zadə vəsiyyət edib ki, məni öləndə Azərbaycanda, Azərbaycan deyəndə də day Şuşaya aparmayacaqlar ha, Bakıda dəfn edin. Bu adından, şöhrətindən asılı olmayaraq hər bir azərbaycanlının arzusu ola bilər.

Amma baxıram Allahın gözdən-nəzərdən saxladığı millətimiz bölünüb iki yerə: yarısı sevir, yarısı söyür.

İş adamları fürsətdən istifadə edib bir «Lütfi Zadə» saqqızı buraxsalar, babat qazanarlar.

Bircə onu deyə bilərəm ki, Lütfi Zadənin varlığı bu millətin qanından hələ neçə-neçə dahilərin yaranacağına əyani bir sübutdu.