adalet.az header logo
  • Bakı 21°C

Aqil ABBAS: Sonuncu mogikanların "Axırıncı dayancağ"ı

AQİL ABBAS
53334 | 2017-08-12 09:45

Çox təəssüfləndim ki, bu filmə ilk dəfədi baxıram. Özü də bir az yarımçıq. Söhbət «Azərbaycanfilm» kinostudiyasının ekranlaşdırdığı«Axırıncı dayanacaq» filmindən gedir.

Filminssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyevdi, quruluşçu rejissoru mərhum FikrətƏliyevdi.

Mənkinoşünas deyiləm, bir tamaşaçı kimi fikrimi çatdırmaq istəyirəm. Mənim fikrimcə,son illərdə çəkilən komediyaların şahıdı bu film. Bayağılıqdan, mənasız hırıltıdan,qeyri-ciddilikdən tamamilə uzaq bir komediya. Əslində isə bu filmə heç komediyada demək olmaz, tragikomediyadı. Ssenari müəllifləri də, rejissor da çox böyük faciələrikomediya janrında təqdim etməyi bacarıblar.

Aktyorlardemək olar ki, hamısı öz rollarını adlarına layiq bir tərzdə ifa edirdilər. Adlarınalayiq olmayanlardakı hamısı ustad sənətkarlardı, xalqın sevimliləridi, pərəstiş etdiklərimizdi. Rejissorun aktyor seçimi, türk qardaşlarımız demiş, on numara, beş yıldız: FuadPoladov, Tariyel Qasımov, Bəhram Bağırzadə, Zemfira Sadıqova, Qorxmaz Əlili, Atabala Səfərov,Arif Quliyev, Tofiq Hüseynov… adlarını yazmadığım aktyorlar məni bağışlasınlar. Filmin baş prodüseri Müşfiq Hətəmovdu.

FilmQocalar evinə atılmış insanların taleyindən bəhs edir. Qocalar evi deyəndə bizdəçox ağrılı təəssürat yaranır, ordakı insanların halına acıyır, onların övladlarını lənətləyirik. Allahın gözdən-nəzərdəngüc-bəla ilə qoruyub saxladığı milli mentalitetimiz belədi.

İnkişafetmiş ölkələrdə, xüsusilə Avropada Qocalar evitamamilə fərqlidi. Yaşlı insanlar özləri övladlarını məcbur edirlər ki, onları Qocalar evinə qoysunlar.Burda söhbət imkandan gedə bilməz. Çünki Avropada təqaüdə çıxmış hər bir kəsin aldığı təqaüdonların bütün ili Türkiyənin məşhur istirahətyerlərində kef eləməyinə çatar. Hələdə bir az artıq qalar ki, başqa məqsədlərə istifadə etsinlər. Bəs niyə Qocalar evinə can atırlar? Çünki burda onlarınhəmyaşları olur, yenidən özlərinədostlar tapırlar, həmdərd tapırlar, həttaburda yenidən sevgi macəraları başlayır, evlənənlər olur, təklikdən qurtulurlar. Bu daonların göz dəymiş milli mentalitetləridi.

Həmssenari müəllifləri, həm də rejissor Qocalar evinin heç də «cəhənnəm» olmadığınıçox böyük ustalıqla təqdim edə biliblər.Filmdəki incə yumor, həddindən artıq sarkazm, hazırcavablıq, dialoqların əsl xalq dilində, danışıq dilində olması tamaşaçıya xüsusi bir zövq verir. Görkəmli aktyorumuz Fuad Poladovunyaratdığı obraz isə müdhişdi. Qorxmaz Əlilinin, Tofiq Hüseynovun, Arif Quliyevin, Atabala Səfərovun ifalarında danə bir yüngüllük var, nə bir lağlağılıq.Bəlkə də Arif Quliyevin çəkildiyi filmləriniçində bu onun ən ciddi rollarındanbiridi.

BəhramBağırzadədən də yoxdu də.

Mənfilmi təhlil etmək, filmdə baş verən hadisələr haqqında danışmaq fikrim yoxdu. Sadəcəolaraq, belə bir ciddi komediyanın çəkilməsinəçox sevindim. Və təəssüf elədim ki, bu filmiilk dəfədi görürəm. Klassik komediyalarımız kimi bu filmə də dəfələrlə baxmaqolar və doyammazsan.

Niyəbaşlığa çıxartdım ki, «Sonuncu mogikanların «Axırıncı dayanacağ»ı»? Yuxarıda qeydetdiyim kimi, bunlar ustad sənətkarlardılar.Həm teatrımızın, həm də kinomuzun sonuncumogikanlarındandırlar. Gənc aktyorlarımızhələ onlardan çox şey öyrənməlidi.

Çoxistərdim ki, bu film haqqındakinoşünaslar yazsın. Daha çox Sevda Sultanovadan və İradə Musayevadanbu film haqqında yazılarını oxumaq istərdim və məmnuniyyətlə «Ədalət»də çap edərdim. 

Mərhum rejissorFikrət Əliyevin belə bir ustalığını «Yuxu»filmində də görmüşük. «Yuxu» təmiz komediya üstündə qurulmuşdusa, bu dəfə FikrətƏliyev «Axırıncı dayanacağ»ı tragikomediyaüstündə qurub.

Bəzənöz rejissorlarımızı bəyənmirik. Azərbaycanda çox qüdrətli rejissorlar olub, varvə olacaq da. Sadəcə olaraq, onlara meydanvermək lazımdı.

Vəsonda. Filmi Az.TV-nin «Mədəniyyət» kanalındaizlədim. Ümümiyyətlə, bu kanal həqiqətənAzərbaycan mədəniyyətinin carçısı və təbliğatçısıdı. Dövlət televiziyamızın rəhbərliyinə də bu filminümayiş etdirdiyinə görə təşəkkürümü bildirirəm.

Buraxınbu filmi ekranlara, qorxmayın! Ürəklə bufilmi Azərbaycandan kənara da çıxara bilərsiniz.


TƏQVİM / ARXİV