adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Avqust 2017 14:56
7166
MƏMLƏKƏT
A- A+

6 ayda 61 mindən çox ağac əkildi - “Azəravtoyol”

6 ay ərzində "Azəravtoyol” yol kənarlarında 61 mindən çox ağac əkib.

Azəravtoyol ASC-dən verilən məlumata görə, ASC və Avtomobil Yollarının Yaşıllaşdırılması MMC ilin 6 ayı ərzində 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur.

Avtomobil yollarının təhkim zolağında 2017-ci ilin 6 ayı ərzində 61 922 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Avtomobil Yollarının Yaşıllaşdırılması MMC Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 87749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərir. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.