adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Avqust 2017 14:02
3540
İDMAN
A- A+

“Mançester”in səhvi: “başı böyük” ulduz...

UEFA Super Kubokunda "Mançester Yunayted” ilə qarşılaşan "Real Madrid”in qalibiyyətində rol oynayan ispan futbolçu İsko haqqında maraqlı fakt üzə çıxıb.

Adalet.az xəbər verir ki, futbolçu hələ İspaniyanın "Malaqa” klubunda oynayarkən "Mançester Yunayted” klubu onu transfer etmək istəyib, lakin fikrindən daşınıb.

Transferin baş tutmama səbəbi isə olduqca qəribədir. Məlumata görə, İsko üçün "Mançester Yunayted”in hesabatında "Yaxşı futbolçudur, ancaq sürəti zəifdir. Başı da bədən ölçülərinə görə çox böyükdür” sözləri yazılıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu hazırda "Real Madrid” klubunda çıxış edir. O, UEFA Super Kubokunda "Mançester Yunayted”in qapısından ikinci topu keçirib. Görüş "Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.(axar.az)