adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2017 13:43
8165
MƏMLƏKƏT
A- A+

“Qol.az” və “Axşam.az” saytlarının rəhbəri: “Bu yaşdan həmişə qorxmuşam”

Bu gün "Qol.az” idman portalının və "Axşam.az” saytının baş direktoru Mirhacib Məcidin doğum günüdür. Onun 30 yaşı tamam olur.

Jurnalist ad günü təəssüratlarını Modern.azsaytı ilə bölüşüb. O, yeni yaşı ilə əlaqədar təzadlı fikirlərinin olduğunu bildirib:


"Dünən elə yaxın dostlarla ad günümü qeyd edirdik. Orda da fikrimi dedim. Açığı, 30 yaş mənə ağır görünür. Bu yaşdan həmişə qorxmuşam. Sanki 30 yaşa kimi bütün olmasa da, əksər məsələlərin hamısını həll edib qutarmalıydım. Hərdən o qədər bədbin oluram ki... Elə bilirəm, 30 yaşdan sonra nəsə etmək üçün artıq gecdir və hər şeyi bu yaşa kimi sığdırmalıyam. Xüsusilə də dünən və bu gün məndə belə təəssüratlar yaranıb. Bu baxımdan yeni yaşım mənə bir qədər qorxulu gəlir. Yəqin ki, bədbin fikirlərimi yalan çıxaran alternativ fikirlər də var. Yəni bəlkə də hər şey indi başlayır və həyat bundan sonra daha yaxşı və süprizlərlə dolu olacaq. Bu səbəbdən təzadlı düşüncələrim var. Amma ümumilikdə hər şey yaxşıdır”.

M.Məcid jurnalistika sahəsi üzrə reallaşdırmaq istədiklərindən də söz açıb:

"Bu yaşa kimi istədiklərimi əldə etmək üçün cəhd göstərmişəm. Müəyyən qismi reallaşıb, digərləri üçün hələ də çalışırıq. Təbii ki, bütün mənalarda istədiklərimi hələ tam əldə edə bilməmişəm. Əgər əldə etsəydim, həyatın bundan sonra heç marağı da qalmazdı.

Artıq 10 ilə yaxındır ki, internet media ilə məşğulam. İdman saytı "Qol.az”ın 10 yaşı, "Axşam.az”ın 5 yaşı olacaq. Yəni uzun illərdir, jurnalistika sahəsində fəaliyyət göstərirəm. Düşünürəm ki, hər iki layihə də öz sahəsinin lideridir və bu mövqeyini qoruyub saxlayır. Hazırda da yeni fikirlər mövcuddur. Məsələn, ictimai-siyasi xəbər saytı yaradıb oxuculara tədqim etmək istəyirik. Əgər bu layihəmizi reallaşdıra bilsək, payız aylarında fəaliyyətinə başlayacaq. Yəni daim jurnalistika sahəsi üzrə çalışırıq”.