“Təfəkkür Universiteti bağlanmayıb” - Açıqlama
Elm və Təhsil Mərkəzi"Təfəkkür” Universiteti bu ali məktəbin bağlandığı barədə mediada yayılan informasiyaları təkzib edib. Universitetdən verilən açıqlamada deyilir:
Əvvəla "Təfəkkür” Universiteti bağlanmayıb və bu barədə universitetin Təsisçilər Şurası heç bir qərar verməyib. Universitetin fəaliyyətinə "Təhsil haqqında” Qanuna uyğun olaraq hüquqi təminat verən Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyanın müddəti 2020-ci ilədək etibarlıdır və hazırda da qüvvədədir.
Məlumat üçün sizə bildiririk ki, "Təfəkkür” universitetində dərslər və imtahan sessiyası qrafikə uyğun olaraq 5.07.2017-ci il tarixinə kimi davam etmiş, buraxılış dövlət imtahanları isə 20.07.2017-ci ildə başa çatmışdır. Sizcə keçən ildən fəaliyyəti dayandırılmış təhsil müəssisəsi qeyd olunan bu məsələləri necə həyata keçirə bilərdi?
Hesab edirik ki, qanunun aliliyi hamı üçün mütləqdir və hamımız buna əməl etməliyik. Gələcəkdə belə məlumatları yayarkən "Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna uyğun olaraq məsələni hərtərəfli aydınlaşdırıb, obyektiv məlumat verməyinizi xahiş edirik”