adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Avqust 2017 13:34
30345
ŞOU-BİZNES
A- A+

Xəstəliyi tapılan azərbaycanlı müğənni bu hala qaldı - FOTO

"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb.

Adalet.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.