adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Avqust 2017 12:51
3114
HADİSƏ
A- A+

Baba və nəvəni maşın vurub

Abşeronda baba və nəvəni maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi "VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.