adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Avqust 2017 22:47
70453
HÜQUQ
A- A+

Suriyada döyüşən azərbaycanlının məhkəməsi oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və digər ərəb ölkərlərində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report-un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.Qədirov özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra məhkəmədə R.Qədirova ifadə vermək təklif olunub. O, ifadə verməkdən imtina edib.

R.Qədirov hazırkı mərhələdə ifadə vermək istədiyini söyləyib: "İttihamda qeyd edilənlərlə razı deyiləm. Ərəb ölkələrinə yalnız insanlıq naminə humanitar yardım aparmışıq".

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, R.Qədirov Döblət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.