Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək
Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.
Komitədən Adalet.az-a verilən məlumata görə, qonaqlar Komitənin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşərək Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparıblar.
Görüşdə nümayəndə heyətinin üzvləri bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarılnın bərpasına nail olmaqdır.
Görüşdə qərara alınıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qurupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparıslın.
Qeyd edək ki bu görüşdən əvvəl adı çəkilən nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb və onların rəy və təkliflərini dinləyiblər.
Digər Xəbərlər
29 Mart 2024 13:26
Pulu olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir – Fazil Mustafa
29 Mart 2024 10:46AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
29 Mart 2024 10:35Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
28 Mart 2024 21:26DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mart 2024 20:48