adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Avqust 2017 15:12
5198
GÜNDƏM
A- A+

Lütfi Zadənin vəsiyyəti açıqlandı: “Məni Azərbaycanda dəfn edin!”

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Dünya şöhrətli alimin yeganə övladı Norman ZadəAzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

"Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onuAzərbaycana aparmalıyıq”.

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: "Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildəBakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.