adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Avqust 2017 14:25
7343
MƏMLƏKƏT
A- A+

“İrəli”də bütün SAY gəncləri günü

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında həyata keçirilən SAY layihələrinin gəncləri görüşüb.

"İRƏLİ” İctimai Birliyinin Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında reallaşdırdığı layihələr: "SAY: Könüllülük akademiyası”, "SAY: Green”, "SAY: Multikulturalizm” və "SAY: Volfest”, "SAY:Solidarity" layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi, gənclərdə həmrəylik hislərini aşılamaq və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub.

100-dən çox gənc SAY: Day günündə toplaşıb və hazırladıqları videoçarxları, maraqlı təqdimatları təqdim ediblər. "SAY:Solidarity” layihəsinin iştirakçıları sertifikatla təltif ediliblər