ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

5755    |   2017-08-09 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində 2017-ci ilin 6 ayı ərzində Respublikada idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınıb, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib.

2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə edilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ilin aprel ayının 24-30 tarixlərində Respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilib, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunub, ümumilikdə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339; difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946; difteriya-tetanus əleyhinə vaksini ilə 1715; İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1074; qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807; hepatit əleyhinə vaksinlə 326; pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub.

2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə -96,6%, vərəm əleyhinə BCG vaksini ilə -96,3% təşkil edib. Digər yaş qruplarında da əhatə olunma təqvimə uyğun davam etdirilib.

Ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunub. Respublikanın 56 şəhər və rayonunda əhali tərəfindən istifadə olunan içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində monitorinq aparılıb, bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə su nümunələri müayinə olunub.

Kür və Ceyranbatan Baş Su Təmizləyici Qurğuları, Oğuz-Qəbələ-Bakı Su Kəməri su təchizatı sistemləri vasitəsi ilə əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində keçirilmiş monitorinq zamanı 93 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarlarının 776 su nümunəsi laboratoriya müayinəsinə cəlb edilib.

Daxili İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məktub əsasında IV İslam Həmrəyliyi Oyunlarının və "Formula 1” Azərbaycan Qran Pri yarışının keçirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri və rayonlarının polis orqanları və sanitariya xidməti orqanlarının birgə fəaliyyəti nəticəsində 195 ünvanda tullantı suların və 60 ünvanda məişət tullantılarının toplanması müəyyən edilib, 134 sulu zirzəmidə sağlamlaşdırıcı tədbirlərin görülməsi və 57 ünvanda toplanmış məişət tullantıları kənarlaşdırılması təşkil edilib. Bakı şəhər Dezinfeksiya Stansiyası tərəfindən 161 yaşayış binasının girişlərində və zirzəmilərində, yağış sularından yaranmış gölməçələrin ətrafında, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə kütləvi dezinfeksiya və dezinseksiya tədbirləri aparılıb.

Cari dövr ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.

2017-ci ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi hadisəsi baş verib, 285 nəfər zərərçəkən olub. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərərçəkən olub.




İmza:
SON XƏBƏRLƏR
2017-10-20
2017-10-19


VİDEO