adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Avqust 2017 13:31
6222
İDMAN
A- A+

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.

T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.