ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır

2601    |   2017-08-09 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Azərbaycanda qeydə alınan ailələrin ümumi sayı 2 milyon 50 minə qədərdir. Onların 15 faizi, təqribən 300 mini sonsuzluqdan əziyyət çəkir.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, sonsuzluq ailələrin üçdə birində qadınların, üçdə birində kişilərin, qalanında isə hər iki fərdin problemlərindən dolayı baş verir:

"Əvvəllər sonsuzluq problem olaraq qadınların üzərinə qoyulurdu. Elm inkişaf etdikcə, kişilərin də sonsuzluq məsələsi gündəmə gəldi.

Azərbaycanda konkret olaraq neçə ailənin sonsuz olmasını öyrənmək üçün metodologiya işlənib hazırlanmalıdır. Səslənən rəqəmlər təxminidir. Çünki bəzən bir neçə ildən sonra sonsuz sayılan ailənin övladı olur. Ona görə dəqiq statistika aparmaq mümkün deyil. Bəzi cütlüklər həkimə gedir, onlarda heç bir problem aşkarlanmır. Həkim onlara uyğunlaşma üçün vaxt verir. Qeydiyyat aparılmadığından onların uşaqlarının olub-olmadığı bilinmir.

Ötən il Azərbaycanda 13114 boşanma halı qeydə alınıb. Həmin boşanmaların 6146-sında uşaq olmayıb. Bu isə təxminən 50 faiz deməkdir. Amma bunların da içərisində nikah müddəti çox qısa davam edən cütlüklər var”.


Komitə rəsmisi bildirib ki, ölkədə sonsuzluq problemi var və problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar birgə çalışırlar:

"Nikaha daxil olanların məcburi tibbi müayinədən keçməsi də buna xidmət edir. Bundan başa, qanuna görə, ölkədə doğulan uşaqlar anadan olduğu andan 18 yaşına qədər məcburi qaydada tibbi müayinəyə cəlb olunur. Bir çox hallarda valideynlər övladlarında olan problemləri qəbul etmir və gözardına vururlar. Onlara deyəndə ki, hazırda kiçik görünən problem gələcəkdə sonsuzluq kimi böyük problem yarada bilər, bunu qəbul etmək istəmirlər. Xüsusilə də atalar "mənim babamın da, atamın da, mənim də uşağım var. Oğlumun da olacaq” deyib, hər şeyi qadının üzərinə atırlar. Hətta analar ailəli olan oğlanlarını atadan gizlin şəkildə həkimə aparıb müayinəyə cəlb edirlər. Ona görə də ailələrlə birgə iş aparılmalıdır. Komitə bu sahədə fəaliyyətə başlayıb. Reproduktiv sağlamlıqla, əhalinin tibbi maarifləndirilməsilə bağlı mütəmadi olaraq layihələr keçiririk.

Sonsuz ailələrdə tibbi müdaxilə işə yaramadığı hallarda övladlığa götürmə də mümkündür. Bununla da ailələr uşaq olmaması səbəbindən boşanmanın qarşısını bu yolla ala bilərlər”.(modern)




İmza:
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK