adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Avqust 2017 10:59
3339
HADİSƏ
A- A+

Azərbaycanda 11 uşağı gün vurub

İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 93 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 36 nəfəri xəstəxanalara yerləşdirilib:

"Həmin şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

O, günvurma ilə müraciət edənlərdən 11 nəfərinin azyaşlı olduğunu qeyd edib.

C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.(modern.az)