adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Avqust 2017 23:00
6700
MƏMLƏKƏT
A- A+

Qurban bayramında neçə gün iş olmayacaq?

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.