adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Avqust 2017 22:53
6597
MƏMLƏKƏT
A- A+

Milli Parkdakı yanğınla bağlı hüquq-mühafizə orqanlarına müraciət

Avqustun 7-də Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, yanğın baş verən ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, xüsusən əl əməyindən istifadə edilib. Təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Qeyd edək ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib.
Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.