adalet.az header logo
  • Bakı 11°C
08 Avqust 2017 21:44
6953
DÜNYA
A- A+

Abramoviç boşandığı arvadına milyonlar verəcək

Rusiyalı milyarder, İngiltərənin "Çelsi” klubunun sahibi Roman Abramoviç 10 illik xanımı Darya Jukovaya rekord məbləğdə boşanma təzminatı ödəyəcək.

2007-ci ildə boşandığı 16 illik həyat yoldaşı İrina Malandinaya 300 milyon dollar təzminat verən R.Abramoviçin Darya Jukovaya rekord məbləğdə vəsait ödəyəcəyi bildirilir. Hətta bəziləri bu məbləğin tarixdə ödənilmiş ən böyük boşanma təzminatı olacağını deyir.

Digər bir məlumatda isə qeyd olunur ki, Abramoviç təzminat məbləğini azaltmaq üçün məhkəmə prosesinin Rusiyada keçirilməsinə çalışır. Rus milyarderin bu yolla sərvətinin böyük bir qismini qorumağa çalışdığı vurğulanır.

Qeyd edək ki, cütlük boşanma barədə birgə bəyanat yayıb. Onlar qeyd ediblər ki, 10 il birgə həyatdan sonra ayrılmaq barədə çətin qərar qəbul ediblər. Amma əvvəlki kimi birgə layihələrdə yaxın dost, valideyn və partnyor olaraq qalacaqlar. Eyni zamanda cütlük iki uşaqlarını birgə tərbiyə etmək niyyətində olduqlarını da açıqlayıblar.